• 12 İyul 2025
logo
Milli Məclisin qərarı ləğv edilib

Milli Məclisin qərarı ləğv edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Milli Məclisin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi məsələsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi səsə qoyularaq qəbul edilib.