• 6 Dekabr 2020
logo
Putin Avrasiya İttifaqında vahid qaz tarifinin tətbiq olunması üçün şərtləri açıqlayıb

Putin Avrasiya İttifaqında vahid qaz tarifinin tətbiq olunması üçün şərtləri açıqlayıb

“Avrasiya İttifaqında vahid qaz tarifi formulunun tətbiqi üçün hələlik nail olunmamış inteqrasiya səviyyəsi lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan və Belarus Avrasiya İttifaqının 2025-ci ilə kimi inkişaf Strategiyası layihəsində təklif olunan Avrasiya İqtisadi Birliyi ölkələri üçün formalaşdırılan qaz tarifi ilə bağlı ümumi formulu qəbul etmir: “O ki qaldı erməni və belaruslu dostlarımız tərəfindən qaz nəqli və tranzit xidmətləri üçün təklif olunan vahid tarifə, hesab edirik ki, vahid tarif ancaq vahid büdcə və vahid vergi sistemi ilə vahid bazarda həyata keçirilə bilər. Avrasiya İttifaqında belə dərin inteqrasiya səviyyəsinə hələlik nail olunmayıb”.

V. Putin qaz qiymətlərinin hələlik bazar konyukturası əsasında formalaşdırılmalı olduğunu vurğulayıb: “Qaz qiymətləri qaz tədarükçülərinin xərcləri və sərmayələri nəzərə alınmaqla formalaşdırılmalıdır. Hörmətli həmkarlar, bu, sadə dünya praktikasıdır”.