• 27 İyul 2024
logo
Almaniyada qeyri-qanuni yaşayan 4 min azərbaycanlı miqrant var - RƏSMİ

Almaniyada qeyri-qanuni yaşayan 4 min azərbaycanlı miqrant var - RƏSMİ

Almaniyada qeyri-qanuni yaşayan 4 min azərbaycanlı miqrant var.

Bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentə deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu məsələ çox ciddi nəzarətdə saxlanılır:

“Adlarını demokratlar qoyanlar heç bir siyasi fəaliyyəti olmayan gənclərə saxta sənəd verirlər. Bunların hamısının siyahısı var. Onların bir qismi ekstradisiya olunub, bu istiqamətdə işlər davam etdirilir. Bu məsələ ciddi nəzarətdə saxlanılır”.

S.Əzimov qeyd edib ki, Almaniyanın müvafiq qurumları tərəfindən 1 500 nəfərin deportasiya olunması ilə bağlı qərarlar çıxarılıb. 2 500 nəfərlə bağlı isə müvafiq qərarın icrası müvəqqəti təxirə salınıb.