• 29 Noyabr 2020
logo
Deputat: “Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”

Deputat: “Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”

"Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib.

O bildirib ki, bu, Baş nazir Nikol Paşinyanın sayıqlamasıdır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz. Paşinyana faşistpərəst adı verirlər. Pərəst o adam olur ki, istədiyi ideologiyaya sevinir. Paşinyanda pərəstiş olmayıb, o, xəyanət edib və ideologiyadan istifadə edib”.