• 6 Dekabr 2020
logo
“Cənab Prezident birinci dəfə deyil ki,  CISCO rəhbərliyi ilə görüşlər keçirir”

“Cənab Prezident birinci dəfə deyil ki,  CISCO rəhbərliyi ilə görüşlər keçirir”

Sahib Alıyev: “Azərbaycan artıq bu şirkətlə smart şəhər və hətta smart ölkə layihəsi üzərində çalışmağı planlaşdırır”

“Öncə onu deyim ki, CISCO əslində İKT sahəsində dünya liderlərindən biri olmaqla yanaşı, həm də bir növ dövlət içində dövlət kimi görünən şirkətlərdəndir. Ötən il onun 51,9 milyard dollar gəliri olub. Mübaliğəsiz demək olar ki, bu şirkət dünyanın gələcək arxitekturasını müəyyənləşdirən, ünsiyyətdən tutmuş istehsaladək həyatın hər bir sahəsinin rəqəmsal texnologiyaya transformasiyasını reallaşdıran, smart dünya perspektivi üzərində işləyən bir intellektual, texnoloji, həm də futroloji mərkəzdir”. Bu sözləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Sahib Alıyev deyib: “Cənab Prezident birinci dəfə deyil ki, bu şirkətin rəhbərliyi ilə görüşlər keçirir. Biz CISCO ilə kibertəhlükəsizlik məsələlərindən tutmuş, şəbəkə texnologiyasının, marşrut bəlirləyicilərinin, komutasiya və videovasitələrin alınmasınadək müxtəlif əməkdaşlıq növlərini reallaşdırırıq. Keçirlən videokonfransdan da göründüyü kimi Azərbaycan artıq bu şirkətlə smart şəhər və hətta smart ölkə layihəsi üzərində çalışmağı planlaşdırır. Ən çox su qıtlığı ilə üzləşən rayonların birindən-Tərtərdən olan bir deputat kimi şirkətin su resurslarına və təminatına nəzərətin rəqəmsal texnologiyalar vasitəsilə reallaşdırılmasına yardımçı olacağını bildirməsi və suvarma sisteminin tam smtartlaşmasının texnoloji təminatını öz üzərinə götürməsi mənim üçün olduqca sevindiricidir. Bu bir tərfdən bir sıra hallarda 50%-ə çatan su itkisinin qarşısını alacaq, digər tərəfdən cənab Prezidentin də vurğuladığı kimi suyun ona ehtiyac duyanlar arasında ədalətli bölgüsünə şərait yaradacaq. Eyni zamanda da bərabər həcmdə su sərf etməklə əvvəlkindən 5, bəlkə də 10 dəfə çox sahənin suvarılmasını təmin edəcək. Bu videokonfrans bir daha göstərdi ki, cənab Prezident təkcə Azərbaycanın bu günü deyil, gələcəyi üçün indidən planlar quran, dünyadakı texnoloji yenilikləri dərindən izləyən, rəqəmsal texnologiyanın öz ölkəsində geniş tətbiqi üçün gərəkən bütün addımları atmağa hazır olan və həmən texnologiya istehsalçılarının da uzaqgörənliyinə, dərin və qabaqcıl düşüncə sahibi olmasına görə böyük sayğı və rəğbətlə yanaşdıqları bir lider, əsl dövlət xadimidir”.
Millət vəkilinin fikrincə, bu videokonfrans eyni zamanda onu da göstərdi ki, cəmiyyət və dövlət olaraq rəqəmsal bilik, mədəniyyət və vərdişlərimizi daha da artırmalı, təkmilləşdirməliyik. Koronavirus pandemiyası meydana çıxandan biz bu yöndə bəzi çatışmazlıqlarımızı da gördük və tez zamanda bunların aradan qaldırılması üzərində işləniləcəyinə ümid edirəm. Elə cənab Prezidentin CISCO təmsilçiləri ilə keçirdiyi videokonfransın məqsədlərindən biri də fikrimcə, məhz bu idi. Bir sözlə bu videokonfrans göstərdi ki, təhsildən tutmuş kənd təsərrüfatınadək Azərbaycan bütün sahələrdə rəqəmsal transformasiyaya, başqa sözlə desək smart ölkə olmağa hazırlaşır. Bu isə artıq cəmiyyətin hər bir üzvündən indikindən daha çox savadlı olmağı və texnoloyi biliklərə yiyələnməsini tələb edir”.

Əli