• 26 Noyabr 2020
logo
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı MM-in mayın 19-dakı iclasında müzakirə olunacaq

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı MM-in mayın 19-dakı iclasında müzakirə olunacaq

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.