• 29 Noyabr 2020
logo
XİN: Əsas məsələlərdən biri xaricdəki azərbaycanlıların ölkəyə qayıdışıdır

XİN: Əsas məsələlərdən biri xaricdəki azərbaycanlıların ölkəyə qayıdışıdır

“Bu gün əsas məsələlərdən biri xaricdəki azərbaycanlıların ölkəyə qayıdışıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
L. Abdullayeva deyib ki, beynəlxalq uçuşlar dayandırıldığı halda vətəndaşların təxliyəsi davam etdirilib: “Prezident və Birinci vitse-prezidentin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı sistemli işlər həyata keçirilməkdədir. Bu dövrdə diplomatik nümayəndəliklər də xüsusi rejimdə çalışıb. XİN-də də Operativ Qərargah yaradılıb”.
XİN mətbuat katibi qeyd edib ki, indiyə qədər 20 minə qədər vətəndaşımız ölkəyə qaytarılıb: "Dövlət vətəndaşlarının yanındadır. Dövlət həm ölkədə, həm də kənardakı vətəndaşlarının sağlamlığının qorunmasına çalışır. Vətəndaşlarımız da karantin qaydalarına riayət etməlidir”.