• 27 Noyabr 2020
logo
Vətənə xidmətdən yayınıb yalana sığınmaq olmaz

Vətənə xidmətdən yayınıb yalana sığınmaq olmaz

Bu gün sosial şəbəkədə özünü vətəndaş cəmiyyətinin aktivlərindən hecab edən Ruslan İzzətli adlı gəncin cıxışını izləyib çox böyük təəssüf hissi kecirdim. Hərbi xidmətə cağırışdan "xəstəliyi səbəbindən azad edilməli olduğunu" bəyan edən bu gənc bildirir ki, bu günlərdə, karantin dövründə guya əsassız olaraq onu Bakıdan Ağdama cağrıblar. Sual yaranır ki, məgər təkçə Ruslan İzzətlini cağrıblar? Axı məlumdur ki, aprel ayındakı hərbi xidmətə cağırış COVİD-19 pandemiyası ilə mübarizə cərçivəsində ilk dəfə olaraq may ayına kecirilib.. Ona görə də bütün cağırışçılar, o cümlədən də Ruslan İzzətli də may ayında hərbi həkim komissiyasından kecirilərək məhz indi hərbi xidmətə aparılır. Məncə, Ruslan İzzətli Azərbaycan Ordusunda hərbi xidmətə getməyinə görə cox sevinməlidir. Ağdam rayonu torpaqlarımızın azadlığı uğrunda ən cox şəhid vermiş, ən cox Qarabağ əlili, veteranı və Milli Qəhrəmanı olan bir rayondur. Bu rayonun sakini kimi hərbi xidmətdən yayılan hansısa gəncin olması dərin təəssüf hissi yaradır. Haqq-ədalətdən danışan, vətənpərvərliyi hər addımda şüar edən gənc vətəndaşın bir illik hərbi xidmətdən yayınmaq istəməsi acınacaqlı haldır. Ordu məsələsini siyasiləşdirmək olmaz. Ordu nə iqtidarındır, nə müxalifətin. Ordu Azərbaycan Dövlətinindir, Azərbaycan xalqınındır. Düşmən torpaqlarımızı işgal edəndə nə iqtidar, nə müxalifət fərqi qoymurdu. Ümummilli Liderimiz Heydər Əliyevin bu kəlamı olduqca ibrətamizdir. Müstəqil Azərbaycanda hər peşə şərəflidir. Ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir". Hər bir gənc Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməyi özünə şərəf bilməlidir. Ruslan və onun kimi digər gənclər sevinməlidir ki, peşəsi vətəni müdafiə etmək olan qeyrətli kişilərlə bir yerdə xalqımıza və dövlətimizə xidmət edəcəklər. Babalarımız hərbi xidməti kişilik məktəbi adlandırıblar. Məncə, kişilik məktəbi Ruslan İzzətlinin də həyatında çox mühüm yer tutacaq. Məgər müxalifət partiyasının üzvü və ya ictimai fəal bir gənc, QHT sədri olmaq kiməsə hərbi xidmətdən yayınmaq hüquqü verir? Təəssüflər olsun ki, bəzi müxalif fikirli şəxslər hərbi xidmətdən yayınmaq üçün əsassız fikirlər ortaya atırlar.
Orduyla sıx təmasda olan biri kimi sual edirəm: Hərbi xidmət keçən bir nəfər müxalifət fəalı deyə bilərmi ki, xidmət zamanı ona qarşı hansısa bir ayrıseckilik edilib? Mən indiyə qədər belə bir fakta rast gəlməmişəm.
Bu vətən hamımızındır. İkrah hissi doğuran bu cıxışı ilə, fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Səfərbərlik və Hərbi Xidmətə Cağrış üzrə Dövlət Xidmətinin gördüyü işlərə kölgə salmağa uğursuz cəhdilə Ruslan kimi gənclər əslində özlərinə ziyan vururlar. Yalanı və böhtanı özünə peşə edən Ruslan İzzətli bu cıxışda özü özünü bir necə dəfə təkzib edir. Hec kim inanmaz ki, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi hərbi xidmətə cağırdığı bir şəxsə üzünə qarşı xəyanətkar deyərək onun yanında həkimə "bu cağırışcını yalandan sağlam yazın" desin və "əgər yazmasan, səni işdən qovacam" deyib hədələsin. Əgər doğrudan da Ruslanın dediyi kimi "yuxarıdan belə bir tapşırıq olsa" idi, şöbə rəisi əvvəlcədən həkimi cağrıb təlimatlandıra bilməzdimi? Özünün uydurduğu kimi, əgər onun hərbi xidmətə cağrılmağı "xususi bir tapşırıq" olsaydı, Ruslanın yanında bunu müzakirə edərdilərmi? Əgər müzakirə etmiş olsaydılar, belə bir "qiymətli faktı", o söhbəti Ruslan səs yazısıyla qeyd edib yaymazdımı? Axı özü deyir, guya cağıranda bilirmiş ki, onunla bağlı "tapşırıq var". Ruslanın bu barədə cızdığı ucuz ssenarinin detalları, məntiqdən uzaqlığı da bundan xəbər verir ki, ortada bütövlükdə Səfərbərlik Xidmətinə qarşı yolverilməz böhtan var.
Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin əməkdaşları cox yaxşı bilirlər ki, Azərbaycan Sillahlı Qüvvələri kimi müqəddəs bir quruma yararsızları, xəyanətkarları göndərmək olmaz. Ruslan isə görünür ki, bu səbəbdən özünü həm yararsız kimi qələmə verməyə, həm də mənfi hərəkətləri, əsassız hay-küyü ilə xəyanətkar kimi tanıtmağa çalışır. Təki hər necə olursa olsun, hərbi xidmətdən yayınsın. Məlum məsələdir ki, xəstəliyə görə möhlət anlayışı var və bu, altı ayılq, 1 illik, 3 illik müddətə olur. Qanunvericiliyə uyğun olaraq xəstəliyə görə möhlət almış vətəndaş təkrar hərbi həkim komissiyasından kecəndə sağlamdırsa, hərbi xidmətə aparılır. Bu cür yüzlərlə nümunə vardır. Bütün dünya ölkələrində belədir. Qanunvericiliyə görə, möhlət hüququ olmayan 18 yaşdan 35 yaşa kimi hər bir vətəndaş isə həqiqi hərbi xidmətə cağrılmalıdır. Belə vətəndaşlardan biri də Ruslandır. O isə gah böyrəyində, gah da belində problemlər olduğunu bəhanə gətirir, ziddiyətli danışır.
Bunu da qeyd edim ki, Ruslanın qara yaxmaq istədiyi Elxan Feyziyev haqqında Agdam rayon ictimaiyyəti, xususilə Qarabag müharibəsi əliləri, şəhid ailələri və veteranlar olduqca müsbət fikirdədirlər.
Ümid edirəm ki, orduda kişilik məktəbi keçməsi Ruslanın xeyrinə olacaq, dürüst və səmimi olmağa alışacaq, mənəvi cəhətdən xeyli sağlamlaşacaq.
Mən Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan zabit, BDU-nun kecmiş müəllimi kimi gənc Ruslana tövsiyə edirəm ki, Ordumuzda nümunəvi bir əsgər kimi xidmət etməyə can atsın və indiki hərəkətlərinə gələcəkdə qəti yol verməsin.

Vahid Quliyev
Azərbaycanın Milli Qəhrəmanı