• 26 Noyabr 2020
logo
Hökumətin əsas məqsədi əhalinin təhlükəsizliyini təmin etməkdir

Hökumətin əsas məqsədi əhalinin təhlükəsizliyini təmin etməkdir

Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini Rəşad Rəhmanov bildirib.

Onun fikrincə, dünyanı lərzəyə salan COVİD-19 pandemiyası inkişaf etmiş dövlətlərin sosial, iqtisadi həyatını iflic etdi: "Əlbəttə ki, bu xəstəliyin, bu qorxulu virusun coğrafiyası genişləndikcə ölkəmiz ücün də böyük bir təhlükə yaranırdı. Lakin hörmətli prezidentimiz başda olmaqla dövlət rəhbərliyi bu pandimeyanın qarşısını almaqdan ötrü vaxtında proflaktik tədbirləri görməyə başladı.

Sərhədlər vaxtında bağlandı, insanların virusa yoluxmaması ücün cox ciddi qərarlar verildi. Ən diqqətdə, ən öndə olan isə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı ilə Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması oldu. Lakin, bir şeyi də bilməliyik ki, bu tədbirlər dövlət rəhbərliyi tərəfindən həyata keçirilir. Prezidentimizə dəstək olaraq hər bir Azərbaycan vətəndaşı da verilən qərarlara ciddi yanaşmaldır".

R.Rəhmanov bildirib ki, bunun ücün isə qoyulan qaydalara ciddi riayət etməliyik: "Bu gün hörmətli prezidentimiz İlham Əliyevin clxışına diqqətlə baxsaq görərik ki, prezidentimiz hər bir ölkə vətəndaşı ücün cox narahatdır. Doğrudan da, onun dediklərinə əməl olunmalıdır. Hər bir vətəndaş onun verdiyi qərarlara həm hörmətlə yanaşmalı, həm də ölkəmizi bu dəhşətli virusdan qorumaqdan ötrü hamı bu gün həmrəy olmalı, bir yerdə olmalıdı".

Hökumətin başlıca vəzifəsi pandemiya dövründə həm insanların təhlükəsizliyini qorumaq, həm də sosial rifahını yaxşılaşdırmaqdır. Azərbaycan Prezidentinin tapşırığı ilə bu istiqamətdə ciddi və əməli tədbirlər görülüb. Müavinətlər, pensiyalar vaxtında verilib, aztəminatlı ailələrə yardımlar paylanılıb, sahibkarlara dövlət yardımı edilib. Bütün bunların hamısı əhalinin rifahına, gələcəyinə hesablanıb: " Pandemiya imtahanından üzüağ çıxmışıq desəm, yanılmaram.

Prezidentin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatına üzv dövlət başçılarıyla keçirdiyi onlayn Zirvə görüşlərində Azərbaycannın virusla mübarizədə göstərdiyi fəallıq digər dövlətlər tərəfindən yüksək qiymətləndirildi. ÜST də rəsmi Bakının bu istiqamətdəki fəaliyyətini bəyənib və dövlət başçımıza təşəkkür edib. Koronavirus imtahanından üzüağ çıxmağımız birliyimizdən, həmrəyliyimizdən irəli gəlib.
Biz birlikdə güclüyük".