• 13 İyul 2025
logo
Azərbaycan XİN faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb

Azərbaycan XİN faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

"9 may 2020-ci il tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.