• 27 Noyabr 2020
logo
GUAM Katibliyi Şuşanın işğalını pisləyib

GUAM Katibliyi Şuşanın işğalını pisləyib

GUAM Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalını pisləyib.

Bu barədə təşkilatın "Twitter" hesabında bildirilib.

“GUAM Katibliyi 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyir. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan edirik”, - deyə qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.