• 29 Noyabr 2020
logo
Spiker: “Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir”

Spiker: “Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir”

“Bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ətrafında keçirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 28 il ötür: “Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlıların ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün növbəti mərhələsini təşkil edib”.