• 30 Noyabr 2020
logo
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Gündəliyə 18 məsələ daxil edilib.

“GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələ və Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi iclasda müzakirəyə çıxarılacaq.

Bundan başqa, gündəliyə daxil edilən 9 məsələ üçüncü oxunuşda, 7 məsələ isə ikinci oxunuşda müzakirə olunacaq.