• 25 Noyabr 2020
logo
Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Bunu açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.