• 2 Oktyabr 2020
logo
Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu

Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu

Azərbaycanla Monteneqro arasında yeni saziş Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.
Qeyd olunub ki, yeni saziş iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq təsdiq edilib.