• 5 Dekabr 2020
logo
“Prezidentin atdığı addımlar ölkəmizin mövqelərini gücləndirəcək”

“Prezidentin atdığı addımlar ölkəmizin mövqelərini gücləndirəcək”

“COVİD-19 pandemiyasına qarşı dünya dövlətlərinin birlikdə mübarizə aparması zəruridir. Məhz Azərbaycan Prezidentinin bu xüsusda Qoşulmama Hərəkatının Təmas Qrupunun konfransını çağırması Azərbaycanın bu sahədə atdığı önəmli addımla yanaşı, siyasi nüfuzunun olmasından irəli gəlir”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, həqiqətən belə bir təşkilatın iclasını çağırmaq və koronovirusa qarşı birgə mübarizənin aparılması istiqmətində səylərin dəstəklənməsi və Prezident İlham Əliyevin atdığı addımlar, verdiyi mesajlar post-pandemiya dövründə ölkəmizin mövqelərini gücləndirəcək: “Hesab edirəm ki, bu hərəkat vasitəsi ilə Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olaraq təşkilat çərçivəsində öz nüfuzunu artıracaq. Prezidentin bu xüsusda fəaliyyəti və pandemiyaya qarşı üzv dövlətləri səfərbər etməsi, bəyannaəmə qəbul edilməsi digər iştirakçı ölkələrin Azərbaycana qarşı müsbət mövqeyinin formalaşmasına da zəmin yaradır. Hesab ediərəm ki, bu istiqamətdə Azərbaycanın fəaliyyəti qənaətbəxşdir və dövlətimiz formalşacaq bir dünya nizamında öz yerini və mövqeyini gücləndirəcək”.

Əli