• 28 Noyabr 2020
logo
“Zirvə görüşü ciddi əhəmiyyət daşıyır”

“Zirvə görüşü ciddi əhəmiyyət daşıyır”

İlqar Vəlizadə: “Bu onu göstərir ki, Azərbaycanın təşəbbüsünü bir çox ölkələr dəstəkləyir”

“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü ciddi əhəmiyyət daşıyır. Çünki hazırda bütün dövlətlər COVİD-19 pandemiyası ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bütün tədbirlər təxirə salınıb, onlayn formatında keçirilən tədbirlər isə fövqəladə xarakter daşıyır”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, bu onu göstərir ki, Azərbaycanın təşəbbüsünü bir çox ölkələr dəstəkləyir: “Bu təşəbbüs formal xarakter daşımır, konkret məqsədlər güdür. Çünki, hazırda müxtəlif dövlətlər tərəfindən həyata keçirilən tədbirlər kifayət etmir. Çünki pandemiya asanlıqla sərhədləri aşır. Bu tədbirlər bir çox hallarda lokal xarakter daşıyır. Amma pandemiyaya qarşı mübarizə əhəmiyyət kəsb edir və qlobal xarakter daşımalıdır. Prezident İlham Əliyev vurğuilayıb ki, bunu etmək üçün müxtəlif ölkələrin koordinasiyası lazımdır. Bu tədbir təşəbbüsü qlobal səviyyəyə qaldırmaq baxımından ciddi əhəmiyyət daşıyır. Digər tərəfdən qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin başqa bir təşəbbüsü olub. Bu BMT Bassambleyası çərçivəsində xüsusi iclasın keçirilməsidir. Bu iclasa Qoşulmama Hərəkatının üzvləri ilə yanaşı digər dövlətlərin başçıları da qatılmalıdır. Bununla da inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə dəstəyi pandemiyaya qarşı birgə səylərin təşkil olunmasında əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Əlbəttə ki, belə təşəbbüslərdən çox şey asılıdır. Azərbaycan dövlət başçısının qeyd etdiyi kim bu çətin vəziyyətdə beynəlxalq səviyyədə nümunəvi fəaliyyət sərgiləyib. Ümumdünya Səhiyyə Təşkilatına yardım edib. Bu yardım da müsbət tendensiya yaradır. Belə qarşılıqlı yardımlarla dövlətlər dünya siyasətini müsbət istiqamətdə formalaşdıra bilərlər. Dövlətlər bu prinsiplərə əməl edərlərsə pandemiyanın qarşısı mümkün qədər tez alına bilər”.

Əli