• 28 Noyabr 2020
logo
Parlament daha bir beynəlxalq Sazişə dəyişiklikləri ratifikasiya edib

Parlament daha bir beynəlxalq Sazişə dəyişiklikləri ratifikasiya edib

Milli Məclisin bu gün keçirilən iclasında “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.