• 3 Dekabr 2020
logo
Azərbaycan daha bir konvensiyaya qoşulur

Azərbaycan daha bir konvensiyaya qoşulur

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.

Q. Paşayeva bildirib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub.

Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib, 23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir.

Mübadilə obyekti kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.