• 3 Dekabr 2020
logo
Qənirə Paşayeva: "Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması vacibdir"

Qənirə Paşayeva: "Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması vacibdir"

"Ötən gün eşitmə və danışma qabiliyyəti zəif olan insanların müraciətlərini dinlədim. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərində də bu cür insanların sayının artması xüsusi vurğulanır. Bu insanların bir sıra maarifləndirici sosial proqramlarda nəzərə alınmaması çox ciddi narahatlıq yaradan məsələdir". 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, televiziyalar çox ciddi informasiya vasitəsidir: "Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması çox vacibdir. Bir sıra televiziya proqramlarında subtitrlərdən istifadə olunsa da, bu cür insanlar xəbəri subtitr vasitəsilə oxumağı çatdırmır. AzTV, İctimai TV və digər televiziyalara müraciət edirəm ki, həmin insanların da cəmiyyətə inteqrasiya etməsi üçün işləri genişləndirsinlər. Bu məsələyə diqqət yetirilməsini Milli Məclisdən də xahiş edirik".