• 2 Dekabr 2020
logo
Elman Nəsirov: “Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə dünyanı yenə də təəccübləndirdi”

Elman Nəsirov: “Azərbaycan Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə dünyanı yenə də təəccübləndirdi”

"Dünən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan yenə də dünyanı təəccübləndirdi. Ölkə başçısı təmas qrupunun yaradılması ideyasını irəli sürdü".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, bunun nəticəsində pandemiyaya qarşı birgə mübarizə aparmaq mümkün olacaq: "İllər keçəndən sonra pandemiya dövrünü yada salanda kimlərin özünü necə aparması məsələsi kifayət qədər aktual olacaq. Azərbaycan dövlətinin ən kritik məqamlarda özünü böyük dövlət kimi aparmağı bacarması yüksək qiymətləndiriləcək. Atılan bu addımlar çərçivəsində Azərbaycanın yeri, mövqeyi daha da möhkəmlənmiş oldu".

 Millət vəkili Siyavuş Novruzov bildirib ki, böyük rəhbər ölkəni böyük kimi təqdim edir: "Ölkənin böyüklüyü-kiçikliyi onun liderindən asılıdır. Ən yaxın çərçivədə olan MDB ölkələri hələ bu günə kimi yığışıb, pandemiya ilə bağlı fikir mübadiləsi aparmayıb, dünyaya dəstək verməklə bağlı bir qərar ortada yoxdur. Çünki təşkilatçı ortada yoxdur".