• 2 Dekabr 2020
logo
Ruhani COVID-19-la mübarizədə İrana dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Ruhani COVID-19-la mübarizədə İrana dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
APA-nın xəbərinə görə, bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
“Mən belə vacib zamanda bu təşəbbüs üçün və COVID-19 pandemiyası ilə mübarizədə İrana göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm”, - deyə Həsən Ruhani qeyd edib.