• 2 İyul 2025
logo
XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır

“Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“1994-cü ilin bu günündə Azərbaycan NATO-nun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulub və İttifaqla möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan Avro-Atlantik bölgədə və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdır”, - deyə qeyd olunub.