• 23 Noyabr 2020
logo
Ölkədə siyasi münasibətlər getdikcə sağlamlaşır

Ölkədə siyasi münasibətlər getdikcə sağlamlaşır - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda qeyd edib ki, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar davam etdiriləcək.
Həqiqətən də son parlament seçkilərində qələbə qazanan müxalifət partiya liderlərinin müxtəlif komitələrdə vəzifələrə təyin edilmələri, hətta vitse-spikerlərdən birinin müxalifətdən seçilən deputatın olması siyasi sahədə sağlam və şəffaf bir münbitin olmasından irəli gəlir.
Qeyd edildiyi kimi hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq baş tutur və artıq bu dialoqun ilkin müsbət təzahürləri görünür. Azərbaycanın bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq ona öz müsbət münasibətini bildiriblər.
Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq. Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.
"Xalq Cəbhəsi" nə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ölkədə yeni siyasi nizamın formalaşması və bu istiqamətdə dövlət başçısının açıqlamaları yeni açılımdan xəbər verir: "Məhz siyasi müxalifətlə dialoq, hakmiyyətdə struktur dəyişiklikləri göstərir ki, Azərbaycan post-pandemiyaya yeni bir sistemlə davam edəcək. Dövlət başçısının siyasi açılımı və müxalifətin müəyyən kəsimi ilə dialoqu yüksək qiymətləndirməsi yeni bir nizamın qurulmasından xəbər verir. Parlamentdə təmsil olan digər partiyaların rəhbərlərinin vəzifələrə təyini, dialoq və əməkdaşlıq istiqamətində atılan addımlar bu işin davam edəcəyinə, xalqın rifahına xidmət edəcəyinə, siyasi balansın qorunmasına yol açır. Hesab edirəm ki, yeni bir siyasi konfiqruasiyanın qurulması burada müxalifətlə əməkdaşlıq, yeni dəyərlər sisteminin qurulması ilə xalq və dövlət birliyinin təməlini yüksəldəcək. Bu istiqamətdə islahatlar labüddür və zamanıdır".
Politoloq siyasi partiya liderlərinin Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin dəvəti ilə görüşmələrini də sağlam siyasi münasibətlərin təzahürü kimi qiymətləndirib.