• 4 Dekabr 2020
logo
“Korrupsioner məmurlara qarşı tədbirlər davam etdirilməlidir”

“Korrupsioner məmurlara qarşı tədbirlər davam etdirilməlidir”

Musa Qasımlı: “Bir neçə şəxs özünün çirkin əməlləri ilə dövlət hakimiyyətini gözdən sala bilməz”

“Son bir neçə ayda bir neçə rayonun icra başçısının həbs edilməsi bir daha təsdiq edir ki, cənab Preziden İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qəti iradə ortaya qoyub. Bu iradə ondan ibarətdir ki, dövlət və hökumət qurumlarında işləyən şəxslər şəffaf olmalı, dövlətə ləyaqətlə xidmət etrməli, korrupsiya çirkabına bulaşmamalıdırlar”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Musa Qasımlı Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, bildirdi ki, Azərbaycan cəmiyyətində korrupsiyaya yer olmamaldıdır: “İstənilən vəzifəli şəxs öz nəfsinə hakim olmalıdır. Vəzifələr tutan şəxslər bilməlidirlər ki, dövlətin malını yemək, büdcəni talamaq olmaz. Bu vəsaitlər büdcəyə böyük zəhmət hesabına gətirilib. Zəhmətlə toplanan büdcəni talayanların aqibəti belə olmalıdır. Kimlərsə düşünürsə ki, korrupsiya əməlinə qurşanacaq, sonra əməlinə görə cavab verməyəcək, həmin şəxslər yanılırlar. Qanun qarşısında hamı bərabərdir. Belə insanlar bilməldirlər ki, dövlətin malını, aztəminatlı ailələrin pulunu mənimsəmək, yemək olmaz. Həmin şəxslərə etimad göstərilib, onlar yüksək vəzifələr tuturdular. Həmin vəzifələri tutana qədər onları kimsə tanımırdı, onlar vəzifənin hesabına tanındılar. Bu qədər harınlıq olmaz. Hesab edirəm ki, bundan sonra da belə korrupsioner məmurlara qarşı amansız tədbirlər davam etdiriləcək”.
Millət vəkili əlavə etdi ki, ölkəmizdə qanunun aliliyi təmin edilməlidir: “Qanun qarşısında vəzifəsindən asılı olmayaraq hamı bərabərdir. Korrupsioner məmurlara qarşı tədbirlər davam etdirilməlidir. Bir neçə şəxs özünün çirkin əməlləri ilə dövlət hakimiyyətini gözdən sala bilməz”.

Əli