• 20 Yanvar 2022
logo
Prezident rüşvətxorluğun kökünü birdəfəlik  kəsməkdə qərarlıdır

Prezident rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır

“Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Respublikanın Baş Prokuroru təyin edilməsi, hər şeydən öncə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizəni ən ümdə istiqamətlərdən biri kimi müəyyənləşdirməsindən xəbər verir”. Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib . Millət vəkili bildirib ki, Azərbaycanda məhkəmə - hüquq sistemində xeyli vaxtdır ki, aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoymuş oldu: “Bu mərhələ korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə mərhələsi olacaq. Məsələ ondadır ki, hüquqi islahatlar çərçivəsində cəza siyasətinin humanistləşdirilməsinin həyata keçirildiyi bir vaxtda bəzi məmurların və digər qərər qəbuletmə səlahiyyəti olan subyektlərin hüquqi islahatların məqsədini düzgün başa düşməməsi, yaxud düzgün başa düşmək istəməməsi ayrı-ayrı hallarda onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına gətirib çıxarıb. Hətta bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ciddi xəbərdarlıqlarına, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi operativ əməliyyat tədbirlərinə baxmayaraq, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qanunazidd əməllərə yol verilməsi bir daha onu göstərdi ki, korrupsiyaya qarşı mübarizə məsələsində daha sərt cəza tədbirlərinin görülməsi zərurəti var. Ona görə də son təyinat da daxil olmaqla görülən tədbirlər onu sübut edir ki, Prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır. Yeni Baş prokurorun təyinatı proseduru həm də Azərbaycanda ali icraedci və ali qanunverici hakimiyyət orqanları arasında yeni keyfiyyətdə koordinasiya mexanizminin qurulmasını göstərmiş oldu. Prezident Administrasiyasında yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təyinat prosedurunu koordinasiya etməsi siyasi sistemimizdə demokratik idarəçiliyin yeni keyfiyyət forması kimi təzahür etdi. Beləliklə, hazırkı mərhələ hüquqi sistemimizin yenilənməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da dərinləşəcəyinə və daha genişmiqyaslı olacağına şübhə yeri qoymur

Əli