• 25 Noyabr 2020
logo
Koronavirus Milli Məclisin gündəliyinin “yüklənməsi”nə səbəb olub

Koronavirus Milli Məclisin gündəliyinin “yüklənməsi”nə səbəb olub

Milli Məclisin iclasının artıq ikinci dəfədir nəzərdə tutulduğundan artıq davam etməsi bugünki iclasda müzakirə predmeti oldu.
Deputat Qüdrət Həsənquliyev dedi ki, koronavirusla əlaqədar olaraq dünyanın hər yerində hər saat yarımdan bir fasilə elan olunur: “Biz fasiləsiz iki saat işləyirik, eybi yox. Amma çox yaxşı olar ki, bu məsələyə baxaq”. Deputat dedi ki, gündəlikdəki məsələlərin sayına diqqət yetirilsə, məqsədəmüvafiq olar.
Sədr Sahibə Qafarova dedi ki, koronavirusa görə, az-az gəlmək üçün çoxsaylı məsələlərin müzakirə olunması zəruri sayılıb. Ancaq xanım sədr dedi ki, bu məsələyə baxılacaq.