• 27 İyul 2024
logo
Zahid Oruc: “Milli Məclisin sədri əvvəlki rəhbərlikdən fərqlənir”

Zahid Oruc: “Milli Məclisin sədri əvvəlki rəhbərlikdən fərqlənir”

“Parlament qısa müddətdə yeni vəziyyətə uyğunlaşmağa qadir oldu”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, Milli Məclis sədri əvvəlki illərdə olan rəhbərlikdən fərqlənir: "Parlament fəaliyyətə başlayanda onun qarşısında duran ən vacib məsələ hansı ənənəyə istinad etməklə bağlı idi. Bu günlərdə Milli Məclis aparatının tam buraxılması ilə bağlı sərəncam çox mühümdür. Yenidən Məclisin Aparatını canlandırmaq lazımdır. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargah üzvləri ilə birgə çalışaraq yaxşı nümunə oldular”.