• 20 Sentyabr 2020
logo
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur.

Bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən növbəti onlayn iclasında müzakirə edilib.

Belə ki, iclasda “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilib.

Bildirilib ki, Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib, 23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.