• 20 Oktyabr 2020
logo
Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Xarici işlər naziri Faisal bin Farhan Al Saud ilə telefon söhbəti baş tutub.
XİN-dən verilən məlumata görə, tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Tərəflər, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin iki ölkə arasında beynəl