• 1 Oktyabr 2020
logo
Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.