• 30 Sentyabr 2020
logo
Post-pandemiya mərhələsində Azərbaycan iqtisadiyyatından gözləntilər

Post-pandemiya mərhələsində Azərbaycan iqtisadiyyatından gözləntilər

“Azərbaycan Prezidentinin Avropa Yenidənqurma və İnkişaf bankının Prezidenti ilə görüşü hər şeydən öncə hazırki mərhələdə Azərbaycan iqtisadiyyatının post-pandemiya mərhələsində də perspektivli olmasından xəbər verir”. Bu fikirləri millət vəkili, “Yeni Azərbaycan” qzəetinin baş redaktoru Hikmət Babaoğlu deyibə. Onun sözlərinə görə, çünki bu görüşdə məhz post-pandemiya mərhələsində iqtisadiyyata qoyulan yatırımlar və bu istiqamətdə perspektivli sahələrin müəyyənləşdirilməsi məsələsi təsvir olunub:” Şübhəsiz ki, bu cür mötəbər maliyyə qurumunun post-pandemiya mərhələsində Azərbaycana investisiya yatırmaq istəməsi Azərbaycan iqtisadiyyatının dayanıqlılığından və perspektivindən xəbər verir”.
Millət vəkili bildirib ki, daim bir məsələ xüsusilə diqqəti çəkir: “Azərbaycan Prezidenti sosial təcrid siyasətini həyata keçirərək iqtisadi fəallığın məhdudlaşdırılmasını şərh edərkən bildirib ki, bizim üçün əsas məsələ vətəndaşlarımızın səhhətidir. Alınan bütün qərarlar həm də post-pandemiya erasında iqtisadi fəallığın artırılması və yeni iqtisadi perspektivlərin yaranmasına hesablanıb. Biz bu kontekstdə vergi ödəyicilərinin vergi yükünün azaldılmasını, 600 mindən çox insana birdəfəlik yardımın verilməsini, eyni zamanda bütövlükdə hazırki vəziyyətdə 1,5 milyard manatlıq vergi güzəştləri də daxil olmaqla böyük bir maliyyə paketinin Azərbaycanda həyata keçirilməsini qeyd edə bilərik. Əlbəttə ki, bütün bunlar əhalinin sosial-müdafiəyə ehtiyacı olan təbəqəsinin sosial problemlərinin həlli üçün lazımlı addımlar idi, eyni zamanda kiçik və orta sahibkarlığa, mikroiqtisadiyyata yeni inkişaf mühiti yaratmaq üçün onların iqtisadi fəallığının və davamlılığının artırılmasına hesablanmış addımlar idi”.
H.Babaoğlu vurğulayıb ki, bütün bunlar post-pandemiya erasında Azərbaycan iqtisadiyyatının yeni perspektivlərini yaratdı və müzakirə olunan məsələlərdə də bir daha məsələnin iqtisadi tərəfi önə çıxdı: “Avropa Yenidənqurma və İnkişaf bankının Prezidenti qeyd etdi ki, biz Azərbaycana 250 milyon dollarlıq sərmayə yatırmağı planlaşdırırıq. Hazırki mərhələdə biz bilirik ki, perspektivli sahələr bütün dünya iqtisadiyyatında telekommunikasiya və eneji sahələridir ki, məhz bu istiqamətdə Azərbaycan önümüzdəki post-pandemiya mərhələsində Avropa Yenidənqurma və İnkişaf bankı ilə fəal tərəfdaşlıq edəcəkdir. Şübhəsiz ki, bu tipli banklar iqtisadi səmərəliliyi və iqtisadi perspektivi olmayan ölkələrə sərmayə yatırmırlar. Hazırki mərhələdə bu cür nüfuzlu bankın Azərbaycan iqtisadiyatına sərmayə yatıracağını bəyan etməsi Azərbaycan iqtisadiyyatının cəlbedici və perspektivli olmasından xəbər verir. Digər sərmayədarlar üçün də nümunəvi bir model təşkil edəcəkdir. Bu isə ondan xəbər verir ki, Azərbaycanda həayata keçirilən şəffaf-iqtisadi münasibətlər, aparılan islahatlar, xarici investorlar üçün münbit şəraitin olması daha çox xarici investisiya cəlb edəcək”.