• 15 Dekabr 2024
logo
“Torpaqların kateqoriyasının dəyişdirilməsi çətinləşib”-Siyavuş Novruzov

“Torpaqların kateqoriyasının dəyişdirilməsi çətinləşib”-Siyavuş Novruzov

“Siyasi partiyalara ayrılan vəsaitin artırılması müsbət addım olardı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov həmçinin əlavə edib ki, sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir: “Torpaqların kateqoriyasının dəyişdirilməsi çətinləşib. Bunun üçün 6 nazirdən icazə almalı, sonda da baş nazir imza atmalıdır. Ona görə də torpaqdan lazımi səviyyədə istifadə edə bilmirlər”.