• 22 Sentyabr 2020
logo
Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı yeni növ koronavirusla (COVID-19) mübarizə və regional məsələlər müzakirə olunub.