Prezident İlham Əliyev "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədri, tanınmış analitik Elçin Mirzəbəylini "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.
E.Mirzəbəyli dövlət başçımıza minnətdarlığını bildirib: ""Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülənlərin sırasında olduğum üçün xöşbəxtəm. Mənim üçün çox böyük mənəvi dəyəri olan bu yüksək mükafata görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Tanrı Azərbaycanı qorusun!"