• 28 Mart 2024
logo
“BMT qətnamələrinini yerinə yetirilməsinə dair müsbət təcrübələr də var”, - Əkbər Qoşalı

“BMT qətnamələrinini yerinə yetirilməsinə dair müsbət təcrübələr də var”, - Əkbər Qoşalı

“BMT qətnamələrinini yerinə yetirilməsinə dair müsbət təcrübələr də var, təəssüf ki, bizim misalımızda hələlik müsbət sonuca varmamış üzücü təcrübə də...”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Azərbaycanda ATATÜRK Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı səsləndirib. Bəs BMT platformasında nizamlanma nə qədər gerçəkdir və qətnamələrin gerçəkləşməsini əngəlləyən səbəblər hansılardır? Görünür, bu sual və ona cavab arayışı, ümumən dünyada ədalətin təsisi ilə bağlı problemlərin olmasını ifadə edir. – Onu ifadə edir ki, ikili standartlar bir bəşəri ayıb kimi, necə deyərlər, sıradan çıxmayıb, ləğv edilməyib. Bəlkə də, nə zamansa, dünyada, ikili standart tətbiq edənlərə qarşı cinayət məsuliyyəti müəyyənləşdiriləcək, nə bilmək olar...
Əlbəttə, biz öz problemimizi xəyali gələcəyədək aparmağı düşünməməliyik, düşünmürük də; heç şübhə etmirəm ki, dünya güclərinin, bölgəyə hər hansı formada təsir imkanlarına malik dövlətlərin istər öz aralarında, istər digər konfiqurasiyalarda elə bir məqam yetişəcək, biz çətinləri asan edəcəyik. Hətta, belə bir konfiqurasiya alınmasa belə, bizim işimiz haqq işidir, işi haqq olan əvvəl-axır qalib olur! Vətənpərvər Ali Baş Komanadanımız, cəsur hərbçilərimiz, yetərincə silahla təchiz olunmuş ordumuz var, xalq-dövlət birliyi var və bu güc, bu birlik, bu varolma mütləq şəkildə öz məntiqi sonucunu doğuracaqdır2.