• 23 Sentyabr 2020
logo
Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Birinci vitse-prezidentin bununla bağlı "İnstagram" paylaşımında deyilir:
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!".