• 28 Sentyabr 2020
logo
Azərbaycan və Xorvatiya XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və Xorvatiya XİN rəhbərləri arasında telefon danışığı olub

24 aprel tarixində Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun qarşı tərəfin təşəbbüsü əsasında Xorvatiya Xarici işlər naziri Qordan Qrliç Radman ilə telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin perspektivlərini müzakirə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla ikitərəfli siyasi əlaqələrdən məmnunluq ifadə ediblər. Eyni zamanda, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətləri, Şərq Tərəfdaşlığında iştirak, eləcə də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Hazırki qlobal vəziyyətə toxunan nazirlər, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər və qarşılıqlı dəstək məsələləri üzrə fikir mübadiləsi ediblər.

Sonda nazir Elmar Məmmədyarov Xorvatiyalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib və nazir Qordan Qrliç Radman dəvəti məmnunluqla qəbul edib. Səfərin vaxtı ümumdünya sağlamlıq böhranı bitdikdən sonra diplomatik kanallar vasitəsilə müəyyən olunacaq.