“Türkiyə Böyük Millət Məclisinin yaranmasının 100-cü ildönümü münasibəti ilə dünən Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinə təbrik ünvanladıq”.
Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker deyib ki, dünən axşam Türkiyə parlamentinin sədri ilə telefonla danışıb: “Türkiyəli həmkarlarımızı Milli Məclis adından təbrik etdim”.