• 25 Sentyabr 2020
logo
Azərbaycan və Moldova XİN rəhbərləri telefonla danışıblar

Azərbaycan və Moldova XİN rəhbərləri telefonla danışıblar

Xarici İşlər naziri Elmar Məmmədyarovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırki durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.

Eyni zamanda, tərəflər hazırki mövcud vəziyyətə də toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.

Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət etmiş və o, dəvəti məmnunluqla qəbul edib.