• 21 Sentyabr 2020
logo
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib

Aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisdən verilən məlumata görə, komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdə “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” (birinci oxunuş) bir məsələ var.

Komitə üzvlərinə məlumat verilib ki, Azərbaycan Prezidentinin cari ilin 19 martında imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın 10.2-ci bəndinin icrasıyla əlaqədar Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixdə Tədbirlər Planını təsdiqləyib. “Sosial sığorta haqqında” qanunda aparılan dəyişikliklər bu məsələlərlə əlaqədardır. Belə ki, müzakirəyə təqdim olunan qanun layihəsi bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılmasıyla bağlı güzəştləri əhatə edir.

Onlayn iclasda qanun layihəsi ətraflı müzakirə olunub. Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Əziz Ələkbərli, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev, Ziyad Səmədzadə rəy və təkliflərini bildiriblər. Yekunda “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.