• 25 Sentyabr 2020
logo
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında telefon söhbəti baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələlər üzrə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri üzrə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

İkitərəfli əlaqələrin, o cümlədən iqtisadi, ticarət, nəqliyyat sahələrində daha da möhkəmləndirilməsi nazirlər tərəfindən vurğulanıb. Tərəflər Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin və əldə olunmuş razılıqların hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.

Tərəflər, habelə turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVİD-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulaylblar.

Nazir Elmar Məmmədyarov Ukraynalı həmkarını Azərbaycana rəsmi səfər etməyə dəvət edib və nazir Dmitro Kuleba dəvəti məmnunluqla qəbul edib.