• 21 Sentyabr 2020
logo
Masallı rayonunun sakinləri Prezidentə yazırlar: Biz Sizin qətiyyətli addımlarınızı dəstəkləyirik

Masallı rayonunun sakinləri Prezidentə yazırlar: Biz Sizin qətiyyətli addımlarınızı dəstəkləyirik

Möhtərəm cənab Prezident, Sizi Masallı rayonunun ağsaqqalları, ziyalıları, ictimai fəalları adından salamlayır və əhalinin sosial rifahı naminə görülən işləri ürəkdən bəyəndiyimizi bəyan edirik.

Bu sözlər Masallı rayonunun sakinləri Ələşrəf Niftiyev və Füzuli Abdullayevin məktubunda yer alıb.

Məktubda daha sonra deyilir: “Siz Azərbaycanımızın xilaskarı Heydər Əliyevin yolu ilə gedərək ölkəmizi daim tərəqqiyə doğru aparırsınız. Siz dünyanı bürüyən amansız düşmən - koronavirusa qarşı uzaqgörən siyasətinizlə bu xilaskarlıq missiyasını davam etdirirsiniz. Cənab Prezident, Siz daim xalqla birlikdəsiniz, xalqımız da çağırışlarınıza, tövsiyələrinizə əməl edir. Çünki bilirik ki, Sizin yolunuz nicat yoludur. Biz Sizin qətiyyətli addımlarınızı dəstəkləyirik və tezliklə pandemiya üzərində qələbə qazanacağınıza əminik”.