• 1 Oktyabr 2020
logo
Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb

Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb

Laçın rayonundan məcburi köçkün ölkə başçısına minnətdarlıq edib

Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Baymedia.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Laçın rayonundan məcburi köçkün, Ağcabədi rayonu sakini Pəhlivan Məmmədovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Pəhlivan Məmmədovun məktubunda qeyd edilir:

"Möhtərəm Prezidentimiz.

Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin".