• 28 Sentyabr 2020
logo
Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib

Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib

Təqaüdçü Azərbaycan Prezidentinə yazır

Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib.

Baymedia.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə paytaxt sakini, təqaüdçü Qunça Qafarova Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Qunça Qafarovanın məktubunda qeyd edilir:

"Çox dəyərli və hörmətli cənab Prezidentimiz.

Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə sizə minnətdarlığımı çatdırıram.

Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib.

Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm".