• 21 Sentyabr 2020
logo
Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik

Məcburi köçkün Azərbaycan Prezidentinə təşəkkür edir

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik.

Baymedia.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Füzuli rayonundan məcburi köçkün Yeganə Fərəcovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Yeganə Fərəcovanın məktubunda qeyd edilir:

"Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.

Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik.

Uca Allah Sizi və ailənizi qorusun.".