• 29 Sentyabr 2020
logo
Hər dəfə şagirdlərimə Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm

Hər dəfə şagirdlərimə Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm

Qarabağ müharibəsi veteranı, müəllim ölkə başçısına yazır

Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm.

Baymedia.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Qarabağ müharibəsi veteranı, müəllim, Biləsuvar rayonu sakini Emin Mehtiyevin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Emin Mehtiyevin məktubunda qeyd edilir:

"Hörmətli cənab Prezident.

Mən Sizi kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm.

Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm.

Allah Sizi bizə çox görməsin".