• 18 Sentyabr 2020
logo
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib

Aprelin 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib.

Komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib.

Bildirilib ki, müvafiq qanunlara edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.

Komitə üzvləri - Jalə Əliyeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan məsələlər barədə fikirlərini bölüşüblər.

Deputatlar Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edərək ikinci oxunuşda plenar iclasa tövsiyə ediblər.