• 27 Oktyabr 2020
logo
“Prezidentin tapşırığını zəruri addım hesab edirik”

“Prezidentin tapşırığını zəruri addım hesab edirik”

Əli Məsimli: “Nazirlər tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Prezidentə müntəzəm olaraq məlumat verməlidirlər”

“Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib. Nazirlər onlara tapşırılan işlərin nə dərəcədə yerinə yetirilməsi barədə məlumatlar veriblər. Prezident İlham Əliyev bu iclasda çox mühüm məqamlara toxundu, aprelin 14-də birinci rübün yekunlarını müzakirə edərkən nazirlərə verdiyi tapşırıqların davamı kimi əlavə yeni tapşırıqlar verdi. Bu iclasda diqqətçəkən məqamlar çox oldu”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Əli Məsimli deyib. Millət vəkili “onlaraın arasından aşağıdakı məqamları xüsusi qeyd etmək istəyirəm”, - deyə bildirdi: “Prezident bu iclasda da dedi ki, “bizim üçün prioritet məsələ - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır”.
Artıq xeyli dərəcədə aydındır ki, koronavirus gündəlik həyatımızı bir sıra cəhətlərdən xeyli dəyişdirəcək. Amma post-pandemiya dövrünün əsas sualının cavabı tam aydın deyil:bir müddətdən sonra ”taclı virus” gedib, növbəti illərdə ”tacsız virus” gələ bilər və ya da ilin hansısa aylarını virusla mübarizə şəraitində keçirə bilərik. İqtisadiyyatımızın mümkün qədər tez bərpası üçün bəlkə də müəyyən zaman kəsiyində virus şəraitində yaşamağa və işləməyə alışmaq da lazım gələcək. Bu baxımdan çox etibarlı bir sosial müdafiə mexanizmi formalaşdırmağa ciddi ehtiyac var ki, “operativ surətdə kimlərin ehtiyaclarını qarşılamaq lazımdır” sualına vaxtinda və dolğun cavab vermək mümkün olsun. Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin milli təhlükəsizlik səviyyəsinə qalxdığı bir zamanda onun mühüm tərkib hissəsi olaraq, bu iclasda da yenidən bildirildiyi kimi, insanların sağlamlığı və rifahı hər şeydən önəmlidir. Bu məsələ, insanların karantin rejiminə əməl etməsi ilə yanaşı, paralel surətdə həm də fizioloji cəhətdən mövcudluğu saxlaya bilməsini də tələb etydiyindən, kompleks yanaşma tələb edir. Bu baxımdan Prezidentin iki nazırlə keçirdiyi iclasda qaldırılan məsələlər arasında əhalini daha çox narahat edən, daha böyük gözləntilər olan bir məsələ ilə bağlı verilən əlavə tapşırıq xüsusi yer tutur. Prezident bildirdi ki: “biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir.” Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Birinci variantda bu məqsədlə iki ay üçün 76 milyon manat nəzərdə tutulmuşdu, yardım alanları sayının 600 min nəfərə çatdırlmsı ilə əlaəqədar olaraq 228 milyon manat vəsait xərclənəcək.
Biz, Prezidentin bu tapşırığını sosial sferada yaranmış hazırkı reallıqlarala bağlı çox zəruri bir addım hesab edirik. Mətbuatdan məlumdur ki, biz indiyədək dəfələrlə qaldırmışıq ki, işsizlik və yoxsulluq problemlərinə baxışlar əsaslı surətdə dəyişdirilməli, bu taleyüklü məsələlərə münasibət real vəziyyəti əks etdirən obyektiv meyarlara söykənməlidr. Bu baxımdan dövlət yardımlarının nə dərəcədə yetərli olmasını aydınlaşdırmaqdan ötrü, əvvəla Sosial Paketə daxil olan dəstəyin əhatə dairəsinin tam olub-olmaması, sonra isə verilən yardımların məbləğinin nə dərəcədə zəruri ehtiyaclara uyğun olması obyektiv neyarllarala müəyyənləşdirilməlidir. Ona görə də nə qədər çətin olmasından asılı olmayaraq, ölkədə əmək statistikasının göstəricilərinin dəqiqləşirilməsi, gizli məşğulluğun leqallaşırılması, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar müəssisələrin və insanların fəaliyyətinin dayanması, eləcə də bu rejimin tətbiqi səbəbindən işsiz və gəlirsiz qalan bütün şəxslərin müəyyən olunması və dövlət dəstəyinin əhatə dairəsinə salınması çox vacibdir. Hesab edirik ki, Prezidentin sözügedən məsələ ilə bağlı bu icladakı çıxışından sonra işsizlik və yoxsulluq statistikasına, eləcə də hazırda daha həssas sosial yük daşımağa başlayan 190 manatlıq yaşayış minimumu və 160 manatlıq ehtiyac meyarı kimi göstəricilərə də yenidən baxılması məsələsi ciddi şəkidə araşdırılmalıdır”.
Millət vəkili dedi ki, eyni zamanda, Prezidentin verdiyi tapşırqlar vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməli, bütün proqramların keyfiyyətlə gerçəkləşməsi təmin edilməli, elə bir səmərəli fəaliyyət göstərən mexanizim tətbiq etmək lazımdır ki, pandemiyanın yaratdığı fəsadlardan əziyyət çəkən insanlardan heç biri dəstəkdən kənarda qalmasın, ehtiyacı olanlar yaşayış minimumu səviyyəsində, yəni 190 manatlıq dəstək paketini vaxtında alsın ki, heç olmasa minimum tələbatını qarşılaya bilsin: “Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprelin sonuna qədər operativ şəkildə 600 min insana 190 manat ödənişin verilməsini təmin etməlidir.
Məlumdur ki, buna qədər də dövlər özəl sektorda çalışan 300 min adamın, eləcə də bundan əlavə 300 minə yaxındır mikrosahibkarlara dəstək məqsədilə 215 milyon manat vəsait ayırıb, onlara da dövlət tərəfindən vəsait ödənilir. İqtisadiyyat nazirinin açıqlamasına görə, indiyə qədər 12 minə yaxın vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 23 min fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.
Bundan əlavə vergi güzəştləri, vergi tətilləri ilə bağlı tədbirlər hazırlanıb. Yeni şəraitdə fəaliyyəti təmin etmək məqədilə Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50 faiz, yəni, 14 faizdən 7 faizə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və digər tədbirlər. İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin, yəni, 2 faiz dövriyyədən 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergiödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi. Üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-dək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi”.
“Göründüyü kimi, vergi güzəştlərinə həsr olunmuş bu sənəd kifayət qədər geniş paketdir və bu paketdə yeni rejimdə fəaliyyət göstərilməsi məsələsi də nəzərə alınıb”, - deyən millət vəkili diqqətə çatdırdı ki, bu paket yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək: “Bununla bağlı həm sahibkarları həm də əhalinin narahat edən bir problemin həllini- bank kreditlərinə görə də güzəştlərin edilməsini vacib hesab edirik. Əhalinin hazırkı ağır sosial-psixoloji durumdan tez çıxmasından ötrü banklar da öz sosial məsuliyyətini dərk edib, ölkədə həyata keçməyə başlayan həmrəylik işinə öz adekvat töhfəsini verməyə başlamalıdır. Pandemiyanın fəsadları fors-major vəziyyəti yaratdığını nəzərə alaraq, əhalinin banklarda olan borcları bir neçə aylığa dondurulmalıdır ki, sosial müdafiəsi üçün 190 manatın ehtiyac və gözləntisini yaşayan insanlar, bununla yanaşı həm də bank kreditlərini vaxtında ödəyə bilmədiklərinə görə qarşılaşacaları sanksiyaların stresini yaşamasınlar.
Dövlər panemiyaya qarşı mübarizə, əhalinin sağlamlığının qorunması, sosial müdafiəsinin təmin edilməsi və iqtisadiyyatın bu ağır durumdan çıxmasını təmin etməkdən ötrü 2,5 milyard pul ayırıb. Amma bu son hədd deyik, bu rəqəm xeyli aratacaq. Ona görə də üçot işləri elə təşkil olunmalı, şəffaflaıq, hesabatlılıq və nazəarət o səviyyədə təmin olunmalııdır ki, sui istifadə hallarına yer qalmasın, ayrılan vəsait öz təyinatına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluğun artırılmasına və iqtisadiyytaın az itki ilə bu bəladan çıxmasına sərf olunsun.
Bu iclas həm də əhalini çox maraqlandıran bir sualın cavabına aydınlıq gətirdi: karantin rejimini mərhələli yollarla sərtləşdirildiyi kimi, eyni qaydada - mərhələli yollarla da yumşaldılacaq. İnşallah biz bütün qüvvələrimizi səfərbər edib dünyanı sarsıdan, çox sərt və təhlükəli yeni çağırılar ortaya qoyan bu bəladan üzüağ və az itki ilə çıxa bilərik. Bundan ötrü bu çətin günlərdə maksimum həmrəylik nümayiş etdirirməklə dövlər strukturları öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməli,milli həmrəyliyimizin vüsəti artmalı, dövlətlə yanaşı bir-birimizə kömək etməli, xüsusilə aztəminatlı ailələrə kömək gücləndirilməliir ki, bir nəfər belə imkansız insan belə diqqətdən kənar qalmasın! Bu kontekstdə yəqin ki, əlavə tapşırıqlar da olacaq, çünki pandemiya davam edir. Ona görə digər şərtlərlə yanaşı həm də bu iclasda xüsusi vurğulandığı kimi:
1. Prezident tərəfindən verilən bütün tapşırıqların hamısı vaxtında yerinə yetirilməlidir.
2. Nazirlər tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Prezidentə müntəzəm olaraq məlumat verməlidirlər”.

Əli