• 29 Oktyabr 2020
logo
“Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürür”

“Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürür”

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri ölkə başçısına minnətdarlıq edib

Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir.
BayMedia Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.
Fazil Məhəmmədovun məktubunda qeyd edilir:
"Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar və həyata keçirdiyi məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.
Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".